Yuxarı

Foqts: “Sizcə ondan qorxurdum?” - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İtaliyaya hər zaman böyük həvəslə gəlirəm. Bura gözəl ölkədir. Yaxşı havası var və dənizdən həzz alırsan. Məni tanıyan bilir ki, İtaliya futbolunun dostuyam. Təəssüf ki, İtaliya yığması son dünya çempionatında uğursuz çıxış etdi. Ancaq futbolda belə hallar olur".

Axar.az-ın məlumatına görə, oktyabrın 10-da keçiriləcək İtaliya-Azərbaycan qarşılaşması öncəsi bu sözləri yığmamızın baş məşqçisi Berti Foqts mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis İtaliya ilə matçın onlar üçün yaxşı təcrübə olacağını bildirib: "Futbolçularım bilirlər ki, İtaliya ilə görüşdə diqqətli və soyuqqanlı olmalıdırlar. Belə komandaya qarşı oynamaq bizim üçün yaxşı təcrübədir. Ümid edirəm ki, məşqdə etdiklərimizi meydanda da göstərə biləcəyik. Belə matçlardan öyrənmək lazımdır. İngilislərin bir məsəli var: oynaya oynaya öyrənmək lazımdır. Biz də belə etməliyik".

Vaqif Cavadov və Mahir Şükürovu yığmaya dəvət etməməsinə də münasibət bildirən B.Foqts bu haqda belə deyib:

"Bu barədə sizə daha sonra ətraflı danışacam. Ancaq onu deyə bilərəm ki, hazırda hər iki futbolçunun hazırlıq səviyyəsi aşağıdır. Məlum olduğu kimi, Avro-2020-nin 4 oyunu Bakıda keçiriləcək. İndidən həmin turniri düşünməli və gənclərə şans verməliyik".

67 yaşlı mütəxəssis İtaliya və Xorvatiya ilə oyunların çətin keçəcəyini vurğulayıb: "Frankfurtda hazırlıq keçdiyimiz üçün çox şadam. Bundan öncə mən "Qarabağ"ın Avropa Liqasında "İnter"lə oyununa baxmışdım. Onu deyim ki, "Qarabağ"ın oyunçularının heç də hamısı yüksək səviyyədə deyil. Səbəbini bilmirəm. İtaliya və Xorvatiyaya qarşı oyunlar çox çətin olacaq.

Bununla belə, biz kişiyik. 18 yaşdan sonra kişi sayılırıq. Əgər 23 yaşındakı futbolçu meydana qorxa-qorxa çıxırsa, məncə, o başqa idman növünü seçməlidir. Mən 1,67 boyundayam. Amma hündürboy Matsoliyə qarşı oynamaq imkanım olub. Sizcə mən ondan qorxurdum?"

Tarix
2014.10.10 / 00:13
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla