Yuxarı

Azərbaycan bizə problem yarada bilər - Rossi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bizə problem yarada bilər - Rossi

Qrupumuz bundan yaxşı və ya pis ola bilərdi. Dünya çempionatında gümüş medal qazanan Xorvatiya kimi, çətin rəqibimiz var.

Report xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan yığması ilə eyni qrupa düşən Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.

54 yaşlı mütəxəssis yerli federasiyanın saytına açıqlamasında Slovakiya millisinin kağız üzərində favorit olduğunu söyləyib: "Amma oyun kağız üzərində qurulmur. Bizim arzumuz 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdır. Öz azarkeşlərimizin qarşısında Avropa çempionatında çıxış etmək istəyirik. Asan deyil, amma bu vəzifədən qorxmuram. Karyeramda heç nə asan olmayıb".

M.Rossi Azərbaycan milli komandası haqqında da fikirlərini bölüşüb: "Azərbaycan təkcə bizə deyil, eyni zamanda digər komandalara da Bakıda - öz meydanlarında problem yarada bilər. Bu ölkə son vaxtlar inkişaf edib. Biz hər bir komandanı qiymətləndirməliyik".

Qeyd edək ki, Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.

Tarix
2018.12.03 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla