Yuxarı

Cüdoçularımız Avropa kubokunu qazandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüdoçularımız Avropa kubokunu qazandı - Foto

Çexiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından Axar.az-a verilən məlumata görə, beynəlxalq yarışın son günündə millimiz aktivinə daha bir medal yazdırıb. 57 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı yalnız bir görüşdə uduzaraq bürünc medala sahib olub.

Beləliklə cüdoçularımız Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. İlk yarış günündə İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olub.

Yeniyetmə cüdoçularımız Çexiyanın Teplitse şəhərində keçirilən Avropa kuboku yarışının komanda hesabında medalların həm əyarı, həm də sayına görə 1-ci yeri tutublar.

Millimizin baş məşqçisi Ramiz Ramizzadəyə yarışın baş kuboku təqdim olunub.

Tarix
2019.04.08 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla