Yuxarı

Separatçılar Qarabağa toplandı - AFFA-dan reaksiya

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Separatçılar Qarabağa toplandı - AFFA-dan reaksiya

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma respublikaların etnik yığmalarının yer aldığı “ConIFA- 2019” adlı geydirmə futbol “turniri”nə start verilib. Azərbaycan tərəfindən dəfələrlə belə bir çempionatın keçirilməsinin yolverilməz olduğu bildirilsə də, separatçı rejim xəbərdarlıqlara məhəl qoymur.

Məsələ ilə bağlı Axar.az-a danışan AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla bildirib ki, artıq Azərbaycan tərəfi bununla bağlı müvafiq qurumlara müraciət edib:

“Biz bununla bağlı FİFA və UEFA-ya müraciət etmişdik. Turnirlə bağlı bir neçə dəfə bəyanat vermişik. Separatçı rejimlərin keçirdiyi bu çempionatı FİFA və UEFA onsuz da tanımır. Buna görə də turnirlə bağlı şikayət ediləcək bir instansiya yoxdur”.

Qeyd edək ki, Dağlıq Qarabağ ərazisində qondarma respublikaların etnik yığmalarını özündə birləşdirən “ConIFA-2019” adlı “turnir” iyunun 1-də start götürüb. Yarış iyunun 9-na qədər davam edəcək.

Tarix
2019.06.04 / 10:31
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırıb

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla