Yuxarı

“Neftçi”nin bu qolları niyə “şübhə altına” alındı? – Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neftçi”nin bu qolları niyə “şübhə altına” alındı? – Video

Neftçi açıq-aşkar bu oyunda rəqibindən güclü idi. Püşkatmadan sonra böyük əksəriyyət də “Neftçi”nin qələbə qazanacağına inanırdı.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti İlkin Xəlilov "Sperantsa" klubunun baş məşqçisi Kristian Yefrosun “Neftçi”- "Sperantsa" qarşılaşmasında Azərbaycan klubunun qalibiyyətini “3-cü şəxslərlə” əlaqələndirməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, "Sperantsa" klubunun baş məşqçisi Kristian Yefros havadan danışmaq əvəzinə, fikrini faktlarla əsaslandırsaydı, daha yaxşı olardı:

“Onun səsləndirdiyi fikirlər əsassızdır. O, məğlubiyyətə don geydirməyə və özünə bəraət qazandırmağa çalışır. Çünki onun məşqçisi olduğu komanda rəqibə müqavimət göstərəcək hazırlıqda deyildi. Onlar meydanda normal futbol oynamağı bacarsaydı, yenə haradasa onun fikirlərini anlamaq olardı. Lakin oyunda açıq-aşkar görünürdü ki, “Neftçi” rəqibindən hər cəhətdən üstündür. Buna görə də Yefrosun fikirləri əsassız və cəfəngiyatdır”.

Qeyd edək ki, dünən axşam Kişinyovda "Neftçi"-"Sperantsa" oyunu baş tutub. Oyunda rəqib komanda "Neftçi"yə 3:0 hesabı ilə məğlub olub.

Oyundan sonra keçirilən mətbuat konfransında isə “Sperantsa”nın baş məşqçisi Kristian Yefros “Neftçi”nin qələbəsini həzm edə bilmədiyini və bu qələbənin hansısa “3-cü şəxslərlə” (hakimlər nəzərdə tutulur – red.) bağlı olduğunu deyib. Yefros öz fikrini əsaslandırmasa da, rəqibi təbrik etmək əvəzinə futbol aləmində xoş qarşılanmayan bir tərzdə bu qələbəyə həqarət edib.

“Neftçi”nin ötəngünkü oyunda vurduğu qolları təqdim edirik:

Tarix
2019.07.12 / 13:05
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla