Yuxarı

Qurban Qurbanov: "Kifayət qədər yaxşı maaş alıram"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov: "Kifayət qədər yaxşı maaş alıram"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oğlunu öz komandasında görmək istəyir. Bu barədə baş məşqçi "Mediaforum.az"a müsahibəsində belə deyib.

9 yaşlı Musa da atası kimi futbola böyük marağı var və yaşının azlğına baxmayaraq, yaxşı futbol oynayır. Qurbanov oğlunun özünün futbola marağı olduğunu deyib və onun potensialından danışıb.

"Musanı nə vaxtsa, "Qarabağ"da görə bilərikmi" sualına isə belə cavab verib: "Özünü yaxşı aparsa, transfer edəcəyəm".

Qurban Qurbanov Azərbaycan futbolçularının maaşından da danışıb: "Cəmiyyətdə belə fikir yaranıb ki, futbolçular yaxşı maaş alırlar, ancaq istənilən nəticəni ortaya qoya bilmirlər. Futbolçular ölkə səviyyəsində maaş alırlar. Ola bilər ki, bəzi futbolçular aldıqları pulun qarşılığını vermir. Lakin belə fərdilikləri ümumiləşdirib, hamıya şamil etməklə razılaşmıram. Bir də ki, pul məsələsinin ictimailəşdirilməsi futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərə bilir."

O öz maaşından narazı olmadığını deyib: "Məni qane edir. Azərbaycan reallığında mən kifayət qədər yaxşı maaş alıram".

42 yaşlı Qurban Qurbanov futbolçu karyerası ərzində yerli "Daşqın", "Turan", "Kür-Nur", "Neftçi", "İnter", Gürcüstanın "Mertsxali", "Alazani", Rusiyanın "Dinamo" (Stavropol), "Fakel", "Baltika", "Volqar" klublarında çıxış edib. Azərbaycan milli komandasında 67 oyun keçirib, 14 qol vurub.

2006-cı ildə futbolçu karyerasını bitirib, bir müddət Bakının "İnter" klubunun idman direktoru vəzifəsində işləyib, sonra "Neftçi"də baş məşqçi və idman direktoru olub, 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir.

Tarix
2014.12.28 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

Prezident Mixay Popşoini qəbul etdi - Foto

Naxçıvana hücum səbəbi - Ağar çağırış etdi

Saakaşvili: Terrorçu rejim Azərbaycanı qəsdən vurdu

Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla