Yuxarı

Dünya şöhrətli döyüşçü Bakıya gəlir - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya şöhrətli döyüşçü Bakıya gəlir - Foto

Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir.

Axar.az xəbər verir ki, “Qodzilla” qrupun və Azərbaycan Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq beşqat UFC çempionu paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012”-də seminar keçəcək.

Dünya şöhrətli UFC və MMA döyüşçüsü seminarda ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək.

Seminar iyulun 20-də saat 17:00-da “Judo Club 2012”-nin idman zalında təşkil olunacaq.

Tədbirdə tanınmış idmançılarla yanaşı, ölkəmizin döyüş növləri üzrə federasiyalarının rəhbərlərinin də iştirakı gözlənilir.

Qeyd edək ki, dünya şöhrətli UFC və MMA əfsanəsi, Oktaqonun yaradıcısı, məğlubedilməz braziliyalı ciu-citsu ustası Roys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır.

Tarix
2019.07.19 / 12:22
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla