Yuxarı

Həddindən artıq diqqətli olmalıyıq - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həddindən artıq diqqətli olmalıyıq - Qurbanov

Çox vacib oyuna çıxırıq, həddindən artıq diqqətli olmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyun ərəfəsində təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis deyib: “İlk görüşdən sonra rəqibin baş məşqçisi dəyişib. Baş məşqçi dəyişikliyi olanda narahatlıq da olur. İndi cavab oyununa tam fərqli formada hazırlaşmalıyıq. Baş məşqçi üzərində hər zaman məsuliyyət olur. Çünki nəticə ondan soruşulur. İnanmıram ki, yeni baş məşqçidən mərhələ keçməyi tələb etsinlər. Yəqin ki, ondan daha çox gələcəyin komandasını qurmaq istənilir”.

Qurbanov heyətlə bağlı ciddi problemlərinin olmadığını vurğulayıb: “Ola bilər, rəqibin oyununda sistem dəyişikliyi olsun. Komandaya yeni baş məşqçi gələndə adətən ilk matça fərqli əhval-ruhiyyədə olur, özlərini göstərməyə çalışırılar. Düşünürəm ki, dərinə getməməliyik, daha çox öz oyunumuz barədə düşünməliyik. Təcrübə göstərir ki, 2:1 və 3:1 kimi hesablar komandanı arxayınlaşdırmamalıdır. Əlbəttə, ilk matçda 2:0 hesabı ilə qalib gəlsəydik, daha yaxşı olardı. Amma bəzən buraxılan qol komandaya fayda verir. Start heyəti ilə bağlı səhər məşqindən sonra qərar verəcəyik. Maqaye Qeyenin start heyətdə yer alacağını düşünmürəm, amma o, meydana çıxa bilər”.

Baş məşqçi Mahir Emrelinin xarici klublardan təklif alması ilə bağlı suala belə cavab verib: “Mahir get-gedə inkişaf etmək istəyir. Sabahkı oyunda daha aktiv olmalıdır”.

Xatırladaq ki, “Qarabağ” ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı avqustun 13-də saat 20:30-da start götürəcək.

Tarix
2019.08.12 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla