Yuxarı

Mxitaryan təxribatçı erməniyə zəng edib

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mxitaryan təxribatçı erməniyə zəng edib

Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyundan təxribat törədənlərdən birinə zəng vurub.

Report xəbər verir ki, bu barədə sport24.az saytına açıqlamasında təxribatı üzərinə götürən “Birinci erməni cəbhəsi” azarkeş qrupunun üzvü Spartak Adamyan bildirib. O, bunun ötən il dekbarın 18-də “Qarabağ”ın İngiltərənin “Arsenal” klubu ilə Londondakı Avropa Liqasının qrup oyununda meydana girdikdən sonra baş verdiyini söyləyib: “Mənə bir oğlan zəng vurdu və özünü Henrix Mxitaryan kimi təqdim etdi. Əvvəlcə inanmadım, elə bildim dostlarım zarafat edir. Ancaq zəngin İngiltərə nömrəsindən gəldiyini görəndə, başa düşdüm ki, odur. Məlum səbəblərdən onunla şəxsi söhbətim barədə ətraflı danışa bilmərəm. Bu münasibətinə görə Mxitaryana minnətdaram”.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

Tarix
2019.10.05 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan protokol qaydasını bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla