Yuxarı

“Neftçi”nin “Qarabağ”la torpaq davası başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neftçi”nin “Qarabağ”la torpaq davası başladı

"Neftçi"nin prezidenti Sadıq Sadıqov dövlət başçısı İlham Əliyevə məktub göndərib.

Komanda.az yazır ki, Suraxanıda stadion ərazisindəki boş sahənin "Qarabağ"a bağışlamasından Bakı klubu narazı qalıb.

"Neftçi" İdman Sağlamlıq Mərkəzi əməkdaşlarının imzaları toplanılıb və prezidentə məktub göndərilib. Bunu Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov də "Futbol+" qəzetinə verdiyi açıqlamada təsdiqləyib.

Vitse-prezident qeyd edib ki, məktuba qol çəkənlərdən biri də özüdür: "O vaxt stadionu "Qarabağ"a güzəşt etdilər. İndi də futbol akademiyası tikmək üçün boş ərazini götürmək istəyirlər.

"Neftçi" İdman Sağlamlıq Mərkəzi bir neçə mərtəbəli bina tikmək istəyir. Hər mərtəbə müxtəlif növlər üzrə nəzərdə tutulub. Sadıq Sadıqov özü tikəcək. Ancaq hələ ki, gözləyirik, görək, müraciətimizə necə cavab veriləcək".

Tarix
2015.01.25 / 17:09
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla