Yuxarı

"Qarabağ"la sabah final oyunu olacaq - Doll

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"la sabah final oyunu olacaq - Doll

Özümü çox yaxşı hiss edirəm. İki həftə əvvəl Bakıdakı matçda (2:2) daha yaxşısını edə bilərdik. "Qarabağ"la oyunlar çətin keçib.

Report-un məlumatına görə, bu fikirləri Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis hazırda daha yaxşı vəziyyətdə olduqlarını sözlərinə əlavə edib: "AEK (Larnaka) ilə oyunda qapımızı toxunulmaz saxlaya bildik. Sabah da istəyimiz budur. Bu mövsüm "Qarabağ"la dördüncü dəfə qarşılaşacağıq. Onlara qarşı üç fərqli nəticə əldə etmişik. Rəqibə qarşı ilk matçım kimi, sabah da final oyunu olacaq. Nəyin bahasına olursa olsun istəyimiz qələbə qazanmaqdır. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.

Tarix
2019.11.06 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla