Yuxarı

Məşhur futbolçu Türkiyənin Bakıdakı matçından danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur futbolçu Türkiyənin Bakıdakı matçından danışdı

Avropa çempionatındakı qrupumuz çox mürəkkəbdir. Amma biz məmnunnuq. İtaliyaya qarşı ilk oyun motivasiya üçün yaxşı olacaq. Çünki hər kəs bu matçı izləyəcək.

Report-un məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Həmid Altıntop "ay-ulduzlular"ın Avro-2020-dəki şansları barədə danışarkən deyib.

38 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, İtaliya ilə görüşdə qalib gəlsələr və ya heç-heçə etsələr, əla olacaq: "Sonra bizə öz ölkəmiz kimi olan Azərbaycanın paytaxtı Bakıda iki qarşılaşma keçirəcəyik. Stadionda çoxlu sayda türk azarkeşimiz olacaq. Növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız var. Yaxşı oyunçulardan ibarət gənc komandamız mövcuddur. Bu çempionat komandanın gələcəyi üçün yaxşı bir təcrübə olacaq".

Ölkəsində "Qalatasaray", Almaniyada "Bavariya", İspaniyada isə "Real Madrid"in formasını geyinmiş sabiq yarımmüdafiəçi yığmanın çempionatda nəyə qadir ola biləcəyi barədə suala da cavab verib: "İlk oyunun necə getdiyini görmək lazımdır. Bu matçlarda bir az şansa da ehtiyacımız var. Təsnifat mərhələsində dünya çempionu olan Fransanı məğlub etdik. Yaxşı gündə istənilən rəqibi məğlub edə bilərik".

Qeyd edək ki, Avro-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

Avro-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Tarix
2020.02.20 / 01:36
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla