Yuxarı

"Beşiktaş"ın rəqibi bəlli oldu - 1/8 final

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Beşiktaş"ın rəqibi bəlli oldu - 1/8 final

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib.

Ukrayna və Rusiya arasında vəziyyət nəzərə alındığından, bu ölkələrin klublarının qarşılaşması mümkün olmayıb. Bu mərhələdə qonşu Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" da mübarizə aparacaq. Adlı-sanlı "Liverpul"u mübarizədən kənarlaşdıran "ağ-qaralar"ın növbəti rəqibi Belçika təmsilçisi "Brügge"di. İstanbullular ilk oyunu səfərdə keçirəcək.

Püşk 1/8 finalda iki İspaniya klubu – "Vilyarreal" və "Sevilya"nı üz-üzə qoyub. Bundan başqa, İtaliya dueli də yaşanacaq: "Fiorentina" "Roma" ilə qarşılaşacaq.

Ümumiyyətlə, bu mərhələdə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunub.

1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

1/8 final

"Everton" (İngiltərə) - "Dinamo" (K, Ukrayna)
"Dnepr" (Ukrayna) - "Ayaks" (Hollandiya)
"Zenit" (Rusiya) - "Torino" (İtaliya)
"Volfsburq" (Almaniya) - "İnter" (İtaliya)
"Vilyarreal" (İspaniya) - "Sevilya" (İspaniya)
"Napoli" (İtaliya) - "Dinamo" (M, Rusiya)
"Brügge" (Belçika) - "Beşiktaş" (Türkiyə)
"Fiorentina" (İtaliya) - "Roma" (İtaliya)

Tarix
2015.02.27 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Azərbaycanın siyahısında onun da adı var

Kobaxidze Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla