Yuxarı

Bu qadağa iyunun 21-dən ləğv edilir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qadağa iyunun 21-dən ləğv edilir

Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclası keçirilib.

Axar.az xəbər verir ki, məlumatı AFFA-nın saytı yayıb.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib.

Elxan Məmmədov gündəlikdəki məsələlər barədə danışaraq qeyd edib ki, müzakirəyə çıxarılan mövzular əvvəlcədən klublara göndərilib. Sonra PFL-in prezidenti Ramin Musayev fikirlərini bildirib. Premyer Liqa klublarının rəsmiləri gündəlikdəki bütün məsələlər barədə çıxış etdikdən sonra AFFA-nın baş həkimi Vyaçeslav Xomenko mövcud vəziyyətdə sanitar-gigiyenik qaydalara riayət olunmasının və COVİD-19 testinin vacibliyi barədə danışıb.

Ətraflı müzakirələrdən sonra aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub:

1. 2020-ci il iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunları bərpa olunsun;

2. Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə "COVID-19” testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər;

3. Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək;

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin "COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək;

5. "COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.

Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.

Tarix
2020.05.31 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

Bayramov ilk dəfə bu tədbirdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla