Yuxarı

“Qarabağ”ın Çempionlar Liqasındakı 11 potensial rəqibi...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ın Çempionlar Liqasındakı 11 potensial rəqibi...

Yeni mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki 11 potensial rəqibi bəllidir.

Axar.az Futbolpress.az-a istinadən xəbər verir ki, 21 min xalı olan Ağdam təmsilçisi səpələnmişlər səbətində olacaq. Bu da o deməkdi ki, “Köhlən atlar”ın 1-ci təsnifat mərhələsindəki rəqibi aşağı reytinq xalına malik komanda olacaq.

1-ci təsnifat mərhələsində mübarizə aparacaq 34 komandada 28-i artıq bəllidir. Onlar 2 səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun da adı artıq məlumdur – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino). Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etmək lazımdır. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın 1-ci təsnifatda “səpələnməyəcəyi” artıq bəllidir.

1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində isə “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya) və “Suduva” (Litva) klubları da yer alacaq.

Səpələnməmişlər səbətində yer alacağı və “Qarabağ”ın mümkün rəqibi olacağı dəqiqləşənlər isə bunlardır:

“Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).

“Omonia” (Kipr), “Fola” (Lüksemburq), “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tiflis, Gürcüstan) və “Yurqorden”in (İsveç) hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib.

Tarix
2020.06.29 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla