Yuxarı

Bu halda sonun başlanğıcı olacaq - Byazi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ilk dəfə 5-6 il əvvəl olmuşam. "Qarabağ"ın oyununa baxmaq üçün gəlmişdim. O zamanlar Ansi Aqolli və Admir Teli orada çıxış edirdi. Onları izləyirdim.

Axar.az xəbər verir ki,, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "CBC Sport" telekanalına müashibəsində Bakı haqqında danışarkən bildirib.

İtaliyalı mütəxəssis deyib ki, burada yaşamaq üçün hər cür şərait var: "Həmin vaxt dərhal fərqinə vardım ki, çox gözəl şəhərdir. Yaşamaq üçün hər cür şərait var. Şəhər məni yaxşı mənada çox təsirləndirdi".

Bakıya gəldikdən sonra əvvəlcə "Bank Respulika Arena"da "Sabah" - "Qəbələ" matçını (2:0), daha sonra isə "Azersun Arena"da "Qarabağ" - "Sabah" (2:0) oyununu izləyən 64 yaşlı baş məşqçi ikinci görüşün daha maraqlı keçdiyini söyləyib:

"Bu, futbolçuları daha yaxşı tanımaq mənasında vacibdir. Onlarla hələ şəxsən tanış deyiləm. Amma köməkçilərimlə birlikdə Azərbaycan millisinin bütün oyunlarını izləyib hərtərəfli analiz etmişik. İndi isə daha yaxından baxıb komandanı anlamağa ehtiyac var. "Sabah" - "Qarabağ" oyunu çox maraqlı keçdi. Hər iki komanda keyfiyyətlidir. "Qarabağ" qələbə qazansa da, hər iki tərəf yaxşı futbol sərgilədi".

AFFA-dan aldığı təklifdən bəhs edən De Byazi milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovla bir neçə il əvvəl Fransanın paytaxtı Parisdə tanış olub: "Bir-birimizi çox gözəl başa düşdük. O zaman mən Albaniya millisini çalışdırırdım. Azərbaycandan təklif gələn kimi Ansi ilə söhbətləşdim. O, mənə oğlum, kiçik qardaşım kimidir. Mənə Azərbaycan reallıqlarından çox danışdı. Burada 9 il oynadığı üçün ölkə futboluna yaxşı bələddir. İnformasiya mənasında Aqollidən eşitdiklərim mənim üçün çox faydalı oldu".

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun müdafiə futbolu oynatdığı üçün tənqid olunmasına münasibət bildirən mütəxəssis özünün də bu halla üzləşdiyini etiraf edib:

"Albaniya millisində oynayanda məni də tənqid edirdilər. Düşünürdülər ki, müdafiəyönümlü futbol göstəririk. Lakin o müddətdə vurduğumuz qolların sayı buraxdığımızdan daha çox idi. Bu, çox vacibdir. Məğlubiyyətdən daha çox qələbə qazandıq. Əsas məsələ - qarşımıza qoyduğumuz məqsədə çatdıq. Təsəvvür edin ki, Lüis Hemiltonun avtomobilini idarə edirsiniz. İstənilən halda finişə birinci çatacaqsınız. Amma italyan olduğum üçün bunu xüsusi hüznlə deyirəm. Bugünkü "Ferrari"ni sürürsünüzsə, yəqin ki, birinci olmayacaqsınız. Lakin buna cəhd edəcək, bəzi şeyləri yaxşılaşdırmaq istəyəcəksiniz. Düşüncəmə görə, təcrübə ilə yanaşı, futbolçularımın istəkli olması da vacibdir. Kifayətlənmək olmaz. 20-30 yaşında artıq hər şeyə nail olduğunu düşünsən, bu, sonun başlanğıcı olacaq".

De Byazinin sözlərinə görə, A Seriyasından sonra Albaniya və Azərbaycan kimi ölkələrdə işləmək çətindir:

"Şərtlərə və vəziyyətə uyğunlaşmaq lazımdır. Kimsə "Real Madrid"i, İngiltərə və Belçika millisini çalışdırmaq istəyir. Mən isə Azərbaycan seçməsinin baş məşqçisiyəm və bundan məmnunam. Bu komandanı mümkün qədər yüksəyə qaldırmaq üçün bütün bilik və bacarıqlarımı göstərməyə hazıram. Azərbaycanın reytinqdə yüksəlməsini, uğur qazanmasını istəyirəm. Bunu tək edə bilmərəm. Birlik lazımdır. Oyunçularımla yanaşı, hər kəsin yardım əlini uzatmasına ehtiyac var. Toya getmək asandır, yasa getmək isə yox. Yaxşı oynamalıyıq ki, küçəmizdə hər zaman bayram olsun. Dəstəksiz bunu etmək mümkün deyil".

Tarix
2020.08.12 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla