Yuxarı

Tehran arenasında “Yaşasın Azərbaycan” - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehran arenasında “Yaşasın Azərbaycan” - Video

İranın futbol çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" klubu səfərdə Tehranın "Paykan" komandasının qonağı olub.

 

Axar.az xəbər verir ki, qarşılaşma təbrizlilərin 2-0 qələbəsi ilə başa çatıb. "Traktorsazi"nin heyətində Fərşad Əhmədzadə və Lusiano Edinyo fərqləniblər. Edinyonun vurduğu 2-ci qoldan sonra isə stadionda maraqlı anlar yaşanıb.

 

Braziliyalı futbolçu qolun sevinci ilə üzərinə "Yaşasın Azərbaycan" sözləri yazılmış köynəyini təbrizli azarkeşlərə göstərib. Təbrizlilər stadionda ənənəvi "Yaşasın Azərbaycan" şüarı səsləndiriblər.

 

Qeyd edək ki, "Traktorsazi" bu qələbə ilə xalını 53-ə yüksəldib və İran çempionatında liderliyini qoruyub.

 

 

Tarix
2015.04.27 / 14:00
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla