Yuxarı

İranlı güləşçidə dopinq tapıldı, medal təmsilçimizə verildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlı güləşçidə dopinq tapıldı, medal təmsilçimizə verildi

Dünya Çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.

Axar.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kq-da, kişilərdə isə +90 kq-da çıxış edən idmançılardan birinin dopinq testinin müsbət çıxdığını elan edib.

Yasaqlı preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəlib. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, Oyan Nəzəriani isə bürünc medalçı elan olunub.

Hazırda çimərlik güləşi üzrə Azərbaycan millisinə başçılıq edən Nəzəriani yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.

Bununla da ilk Dünya Çimərlik Oyunlarında Azərbaycan güləşçilərinin qazandığı medalların sayı üçə çatıb.

Qeyd edək ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.

Tarix
2021.02.23 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla