Yuxarı

Faiq Quliyev Vaşakmadze ilə görüşdü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faiq Quliyev Vaşakmadze ilə görüşdü

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüş keçirib.

Axar.az xəbər verir ki, tanışlıq xarakteri daşıyan görüşdə Z.Vaşakmadze Azərbaycanın yeni səfiri ilə əməkdaşlığın uğurlu olacağına və iki ölkə arasında dostluğun daha da möhkəmləndiriləcəyinə ümidvarlıq ifadə edib.

Agentlik rəhbəri səfiri Gürcüstanda həyata keçirilən dini siyasət və son illərdə bu sahədə görülən işlər barədə məlumatlandırıb.

Onun sözlərinə görə, Gürcüstanda şiə və sünnilərin birgə sülh şəraitində yaşaması müsbət təcrübə və Gürcüstanın tolerantlıq nümunəsi kimi qəbul olunur.

F.Quliyev öz növbəsində bildirib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verməyə çalışacaq.

Tərəflər iki ölkə arasında mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirə aparıblar. Azərbaycan səfiri Agentliklə anlaşma memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib. F.Quliyev Azərbaycan-Gürcüstan əməkdaşlığının daha da möhkəmləndirilməsinə hazırlıq ifadə edib və Agentlik rəsmilərini Bakıya rəsmi səfərə dəvət edib.

Tarix
2021.04.20 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi...

“ABŞ çökəcək” deyən müdrik deputatımıza xatırlatma...

İranda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Trampın Putinə təcili zənginin məqsədi - Markov

XİN-dən təxliyə edilən vətəndaşlarımızla bağlı açıqlama

Dünyanın 25 ən böyük ordusu açıqlandı - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla