Yuxarı

Azərbaycan və İran arasında əməkdaşlıq planı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və İran arasında əməkdaşlıq planı...

İranın idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini böyük ehtiramla yad edib.

Daha sonra Şəhidlər Xiyabanına və Zəfər abidəsinə gələrək qəhrəman övladlarımızın xatirəsini hörmətlə anıblar.

Bundan başqa, gənclər və idman naziri Fərid Qayıbov İranın idman və gənclər naziri Əhməd Dünya Mali və geniştərkibli nümayəndə heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə tərəflər arasında gənclər və idman sahələrində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Görüşün yekununda "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı" imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində nazir Əhməd Dünya Mali və nümayəndə heyəti Bakıda bir sıra idman qurğuları ilə tanış olacaq.

Tarix
2026.08.07 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla