Yuxarı

Rəşad Dağlı azadlığa çıxır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Dağlı azadlığa çıxır? - Video

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rəşad Dağlının mümkün əfv olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, o, hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlamalarının tam başa düşülmədiyini deyərək qeyd edib ki, Əfv Məsələləri Komissiyasının əsas vəzifəsi müraciətləri toplamaq və dövlət başçısına təqdim etməkdir.

Çingiz Qənizadə deyib ki, komissiyanın siyahılarında əsasən ağır xəstələr, ailə vəziyyəti ağır olan şəxslər, cəzasının böyük hissəsini çəkmiş məhkumlar və müəyyən kateqoriyaya aid şəxslər yer alır. O vurğulayıb ki, Prezident bu müraciətlərə hər zaman həssas yanaşıb və bir çox hallarda siyahılarda olan şəxslərlə bağlı qərarlar verib.

Rəşad Dağlı məsələsinə toxunan hüquq müdafiəçisi qeyd edib ki, o, qəsdən adam öldürmə ittihamı ilə məhkum edilib və hazırda cəza çəkir.

"Bizim siyahıya salınması üçün heç bir əsas yoxdur. Müəyyən istisnalar olur - ağır xəstəlik, ailə vəziyyəti, azyaşlı uşaqlar, sosial durum və digər humanitar amillər. Amma Rəşad Dağlı həmin kateqoriyaya aid şəxslərdən deyil", - deyə Çingiz Qənizadə bildirib.

O əlavə edib ki, qanunvericiliyə əsasən, məhkum cəzasının müəyyən hissəsini çəkdikdən sonra əfv olunmaq hüququ qazana bilər. Bununla yanaşı, Prezidentin istənilən şəxsi istənilən vaxt əfv etmək səlahiyyəti var. Lakin bunun üçün əsasların mövcud olması vacibdir.

"Hesab edirəm ki, Rəşad Dağlı fərdi qaydada əfv olunmalı şəxslər kateqoriyasına aid deyil", - deyə Çingiz Qənizadə vurğulayıb.

Tarix
2026.08.07 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla