Yuxarı

Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir - Abasov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir - Abasov

Məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Əfsuslar olsun ki, turnirdən kənarda qaldıq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə Yunanıstan "Olimpiakos"una 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, bu görüş komandası üçün yaxşı təcrübə olub: "Əsas odur ki, ruhumuzu ortaya qoya bildik. Buradan üzüqara çıxmırıq. Hər iki görüşdə xarakterimizi ortaya qoya bildik. Uşaqlara təşəkkürümü bildirirəm. Belə oynamaq cəsarət tələb edir".

Abasov müdafiəçi Ömər Buludovun erkən əvəzlənməsinin səbəbini açıqlayıb: "Futbolçular bu cür matçlarda böyüyür. Kim ruhla oynamayacaq, gərginlikdə olacaqsa, həyatı da belə keçəcək. Oyundan əvvəl hansı futbolçunun belə oynayacağını kimsə bilirsə, onun yanında öyrənə bilərik. İlk matçda Ömər Buludovun oynamamasının səbəbini soruşanlar bu gün onun niyə meydana çıxdığını sual verirlər. Futbolçu əvəzlənməsini istədi, biz də dəyişdik. Mənim tanıdığım Ömər bizə yalan deməz. Hər bir oyun gənclər üçün təcrübədir".

Baş məşqçinin sözlərinə görə, əlindəki heyətlə mübarizəni davam etdirəcək: "Hücumçu olmayanda bəzi dəyişikliklər etməlisən. Ən azı bu ruhda oynamalıyıq. Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir. Bir-iki dəfə olar, üçüncüdə mütləq axsayırsan. Hara kimi gedəcəyik, bunu zaman göstərəcək".

Təcrübəli mütəxəssis deyib ki, komandanı motivasiya etmək heç vaxt ona çətinlik yaratmayıb: "Buna gücümüz var. Artıq heyətimiz güclənməlidir. Bu, nə vaxt baş verəcək, dəqiq deyə bilmirəm. Ən azı bugünkü ruhla oynamalıyıq ki, azarkeşlərimiz bizə inansınlar. Onların inamını itirmək istəmirik".

Tarix
2021.07.28 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla