Yuxarı

“Qarabağ” Kipr səfərindən sərfəli nəticə ilə qayıdır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:00

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirir.

Axar.az xəbər verir ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır.

Oyun Larnaka şəhərindəki “AEK Arena”da keçirilir.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alırlar.

AEL-in heyətində meydana Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres və Euller çıxıblar.

***

Görüşün 69-cu dəqiqəsində AEL-in futbolçusu Skepoviç 11 metrlik cərimə zərbəsindən hesabı açdı.

***

Abdullah Zubir oyunun sonuna əlavə edilmiş 3-cü dəqiqədə dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

***

AEK Arena”ya toplaşan azarkeşlər 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib.

Oyunda məcburi fasilə yaranıb.

***

Görüş 1-1 hesabı ilə başa çatıb.

Tarix
2021.08.05 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla