Yuxarı

"Qəbələ" darmadağınla qalib gəldi, "Zirə"dən bərabərlik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qəbələ" darmadağınla qalib gəldi, "Zirə"dən bərabərlik

20:53

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Axar.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. Matçın 83-cü dəqiqəsində Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.

Oyunun 85-ci dəqiqəsində “Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. Görüşün 90+1-ci dəqiqəsində Rafael Utriq topu paytaxt klubunun qapısından keçirib. Matçın 90+4-cü dəqiqəsində isə İsnik Alimi matçda son nöqtəni qoyub.

Xallarının sayını 10-a çatdıran “Qəbələ” birinci pilləyə yüksəlib. “Səbail” isə hələlik 6 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər oyununda “Zirə” “Sabah”ı qəbul edəcək. Sentyabrın 19-da “Neftçi” “Keşlə” ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək “Qarabağ”-“Sumqayıt” görüşü ilə yekun vurulacaq.

***

Günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin legioneri Mohamed Hamdaui 49-cu dəqiqədə hesabı açıb. Şpiro Periçiç isə 83-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub.

Tarix
2021.09.18 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla