Yuxarı

"Legiya"dan Emreliyə "yaşıl işıq"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Legiya"dan Emreliyə "yaşıl işıq"

Polşa "Legiya"sı və Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bir neçə təklif alıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə "sport.tvp.pl" saytı məlumat yayıb.

Yerli mətbuat Türkiyə "Başakşəhər"inin 25 yaşlı hücumçu üçün 750 000 avro ödəməyə hazır olması ilə bağlı yayılan məlumatı da təsdiqləyib. Lakin paytaxt klubu aparıcı oyunçusunu buraxmaq üçün ən azı 2 000 000 avro tələb edir.

"Legiya"nın idman direktoru Yatsek Zelinski bildirib ki, bu məsələni açıq şəkildə şərh etmək çətindir: "Çünki bir cümlə oyunçuya və ya kluba zərər verə bilər. Məsələni daha sərfəli şəkildə həll etmək olar. Maraqlı tərəflər üçün ən yaxşısı da məhz budur".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Tarix
2022.01.27 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla