Yuxarı

Həyat dərsi: burda yıxılmağı və qalxmağı öyrənirsən

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdo dərsinin ilk günlərində məşqçi tələbəyə yıxılmağı öyrədir. Tələbəsi öncə yıxılarkən maksimum dərəcədə minimum zədə almağı öyrənməlidir. Yıxılarkən zədələnmək qaçılmazdır, amma yıxılarkən əzilməməyə çalışmaq, yıxıldıqdan sonra dərhal ayağa qalmağa vərdiş etməklə əslində cüdonun səni əsl həyata hazırladığından bixəbər böyüyürsən. Cüdodakı kimi həyatda da tez-tez yıxılır, qalxır, uduzur və udursan. Cüdodakı kimi həyatda da bəzən illərlə bir hərəkəti, bəzən bir ayda onlarla hərəkəti əzbərləyib tətbiq eləməyə çalışırsan, imtahanlar verirsən və yeni-yeni insanlar, yeni-yeni rəqiblərlə qarşılaşır və yıxılmamağa, yıxılsan belə əzilməməyə, əzilsən belə dərhal qalxmağa çalışırsan.

Fəlsəfəsinin təməli və hərfi mənası eynidir cüdonun: “yumşaq yol” və ya “zərif üsul”. Digər döyüş növlərindən fərqli olaraq, cüdo özündə vurmaq, əzmək və qırmağı yox, idman xarakterini, qarşılıqlı hörməti, etik və mənəvi inkişafı ehtiva edir. Cüdo sadəcə idman deyil, həm elm, həm də sənətdir.

Cüdonun ən böyük hədəfi öz qabiliyətlərinin maksimum həddinə çatmaq və mükəmməlliyə ac olmaqla bağlıdır, beləcə, özünü inkişaf etdirərək dünyaya dəyərli bir töhfə verə bilərsən.

Əvvəldə də dediyim kimi, cüdo həyatla harmoniyadadır, cüdoda gördüyünüz, yaşadığınız hər şey həyatda da özünü göstərir. Cüdoda əsas məsələ rəqibini vurmaqda yox, onun balansını pozmaqdadır. Həyatda qarşına çıxacaq problemləri vurub-qıraraq yox, onları zəiflədərək yıxmağı və bu yolla onların öhdəsindən gəlməyi öyrədir cüdo. Eyni zamanda, bunu edərkən öz balansını da itirməməyi xatırladır sənə.

Cüdoçuların barmaqlarına - rəqiblərinin kimonolarına (əslində cüdo geyiminə “cudoqoi” deyirlər) yapışmaqdan yaranan cızıqlara, əyilmələrə, qırıqlara, sınıqlara və yaralara baxın. Həyatdan da belə yapışmağı təlqin edir cüdo. Hədəflərimizdən, məqsədlərimizdən belə yapışmağı, əlimiz, barmaqlarımız qırılsa da, dərimiz sıyrılsa da, ağrısaq da, yolumuza davam etməyi, hədəfimizə çatmağı öyrədir cüdo.

Cüdo rəsmi idman növü kimi 1882-ci ildən qeydə alınsa da, fəlsəfəsi, təlimləri və yanaşması ilə daha dərin tarixə malikdir. Ciu-citsunu “rəndələyərək” onu gənclər, uşaqlar və zərif cinsin arasında populyaşdırmaqçün bu “yumşaq yolu” kəşf edən Ciqaro Kano cüdonu sistematik bir təlim halına gətirib.

Azərbaycanda orta və yaşlı nəsil cüdonu Nazim Hüseynovla, gənc nəsil isə Elnur Məmmədli ilə sevib. Mən 2008-ci ildə ürəyimdə həyəcan, gözlərimdə sevinclə cəmi 15 saniyəyə rəqibinin kürəyini yerə vuran Elnurla 29 yaşımda - indi də fəxr edirəm.

Cüdo Azərbaycanda bu gün artıq 50-ci illiyini qeyd edir. Bütün idman növlərində olduğu kimi, cüdoya da rəsmi dövlət dəstəyinin artması, insanların bu idman növünə xüsusi maraq göstərməsi cüdonun təkcə Bakıda deyil, bütün Azərbaycanda populyar olduğunun sübutudur.

Fürsətdən istifadə edib, Azərbaycan Cüdo Federasiyasının Qızıl Yubileyini mən də təbrik edir, onlara işlərində və gələcək fəaliyətlərində uğurlar arzu edirəm.

Həyat kimi cüdo da çətindir, amma, doğru yanaşmanı tapdıqdan sonra həm həyatdan, həm də cüdodan həzz ala bilmək öz əlinizdədir.

Tarix
2022.07.05 / 08:15
Müəllif
Tural Əzimzadə
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla