Yuxarı

Byazi millimizin qələbəsini şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Byazi millimizin qələbəsini şərh etdi

Əla oyun keçdi. İlk hissə yaxşı alındı, komanda çox xoşuma gəldi. İkinci yarıda əziyyət çəkdik. Yorğunluq var idi. Hesabı qorumaq qorxusu var idi. Buna baxmayaraq, qalib gəldik. Hamımız sevinirik. Gənc komandayıq. Gələcək üçün yaxşı işlər görə bilərik. Bunun üçün vaxt lazımdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında bildirib.

"Uşaqlardan nə istəmişdim, hamısını yerinə yetirdilər. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. İnkişaf etməliyik. İntensivliyi gördünüz. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı", - Byazi söyləyib.

De Byazi son turda Bakıda Qazaxıstan seçməsinə qarşı keçirəcəkləri görüşə də toxunub: "Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Kimin oynayıb-oynamasına qərar vermək tezdir. Riçard Almeydanın cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta onu bir ara yığmaya çağırmadığım üçün özündən üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır".

O, final fitindən sonra rəqib baş məşqçi Françesko Kaltsona ilə aralarındakı dialoqu da açıqlayıb:

"Kaltsonaya dedim ki, narahat olmasın, millidə işləmək çox çətindir. Yaxşı komandası var. Cəmi 4 oyun keçirib. Baş məşqçi sehrbaz deyil. Qısa müddətdə böyük uğurlar gözləmək olmaz".

Tarix
2022.09.23 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla