Yuxarı

Arda Turan: "O vaxt çox ağlamışdım..."

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arda Turan: "O vaxt çox ağlamışdım..."

Kataloniyada problemləri demokratik yolla həll etməyə çalışırlar, ölümlər və müharibə ilə deyil. Ölkəmdə də problemlərin belə həll edilməsini istərdim.

Axar.az xəbər verir ki, bu sözləri "Barselona" forması geyən türkiyəli futbolçu Arda Turan İspaniyada bir radio verilişinə qoşularaq deyib.

"Çempionlar liqasını ilk dəfə ardarda qazanmaq istəyirik", - deyə sözə başlayan məşhur futbolçu belə davam edib:

"Çempionlar liqası haqqında söhbət açılanda komandanı ən çox motivasiya edən şey budur. ÇL-i ilk dəfə ardarda qazanan ilk komanda olmaq istəyirik. Mənim üçün bu kubokun ayrıca əhəmiyyəti var. "Atletiko"da ikən 2014-cü ildə "Real Madrid"ə uduzduğumuz vaxt çox ağlamışdım. Zədəli olduğuma görə oynaya bilmədim, əhəmiyyətli oyunçu idim. Əlbəttə ki, bir oyunçu bütün matçın gedişatını dəyişdirməyə bilər, amma indiyə qədər beyinimdə "Bəlkə oynasaydım..." - sualı qalır".

Arda Turandan Kataloniya ilə Türkiyəni müqayisə etmək xahiş ediləndə belə cavab verib:

"Kataloniyada problemləri demokratik yolla həll etməyə çalışırlar, ölümlər və müharibə ilə deyil. Ölkəmdə də problemlərin belə həll edilməsini istərdim. Ölkəm də problemlərin bərabərlik və demokratiya ilə həll edilməsini çox istərdi".

Tarix
2016.01.20 / 14:31
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla