Yuxarı

“Beşiktaş”ın oyunundan sonra dava: Polisə hücum - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Beşiktaş”ın oyunundan sonra dava: Polisə hücum - Foto

"Ankaragücü”- “Beşiktaş” oyunundan sonra azarkeşlər arasında insident yaşanıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşılaşmadan sonra azarkeşlər "Əryaman" stadionuna zərər vurub, üstəlik polisə də hücum ediblər.

Əvvəlcə "Ankaragücü"nün tərəfdarları "Beşiktaş" azarkeşlərinin yer aldığı tribunalara tərəf yad əşyalar atıb.

Daha sonra "Beşiktaş” fanatları oturacaqları sındıraraq meydan sahiblərinin azarkeşlərinin üstünə atmağa çalışıblar. Stadionu tərk etməyi gözləyən beşiktaşlılar ardından yan tribunalarda "Ankaragücü"nə məxsus pankartları sökərək yandırıblar. Nəticədə yanğınsöndürənlər müdaxilə etmək məcburiyyətində qalıb və yanan oturacaqları söndürüblər.

Bundan başqa "ağ-qara"lı azarkeşlər oturacaqlarla yanaşı stadionun tualetlərinə də ziyan vurublar. Nəticədə sakitləşməyən "Beşiktaş" azarkeşləri polisin geniş təhlükəsizlik tədbirləri və nəzarəti altında stadionu tərk edib.

Qonaqlardan fərqli olaraq "Ankaragücü" azarkeşləri polisə də hücum edib. Azarkeşlərin atdığı daşlardan xəsarət alan olmasa da, polisə aid olan nəqliyyat vasitələrinin şüşələri sındırılıb.

Qeyd edək ki, Superliqanın 14-cü turu çərçivəsində baş tutan "Ankaragücü" - "Beşiktaş" matçı 1:1 hesabı ilə yekunlaşıb.

Tarix
2023.12.04 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla