Yuxarı

Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, daxil olan şikayətlər əsasında TƏBİB-ə ünvanlanan sorğudan sonra məsələyə baxılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.

Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək.

Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:

- Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi - 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür;

- Terapiya şöbəsi - 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək;

- Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi - TTTY xəstəxanasında fəaliyyətini davam etdirəcək.

Tarix
2026.04.28 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla