Yuxarı

Birinci sinifdən "digər dildə" təhsil almaq istəyənlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birinci sinifdən "digər dildə" təhsil almaq istəyənlər...

Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.

Axar.az-ın Trend-ə istinadən məlumatına görə, qaydalarda I sinfə qəbul üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.

Belə ki, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

Dinləyib-anlama bacarığı

Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, qısa (3-5 cümlədən ibarət) mətni dinləməli və suallara cavab verməli, sualı diqqətlə dinləyib uyğun cavab verməlidir.

Rabitəli danışma bacarığı

Uşaq özünü təqdim etməli, ailəsi və vətəni haqqında danışmalı, şəkil əsasında sadə cümlə qurmalıdır.

Söz ehtiyatı

Uşaq əşyaların adlarını düzgün adlandırmalı, heyvan, bitki, meyvə-tərəvəz, peşə adları kimi ümumi anlayışları tanımalı, xüsusiyyət bildirən sözlərdən istifadə etməli (rəngləri adlandırmalı, ölçü və keyfiyyət bildirən sözləri bilməli), ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir etməlidir.

Hərf və səsləri anlama və tələffüz etmə

Uşaq səslərdən söz düzəltməli, hərfi formasına görə tanımalı (böyük və kiçik), danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirməli, sözləri aydın tələffüz etməlidir.

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.

Tarix
2026.04.28 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla