Yuxarı

Daha bir medal qazandıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir medal qazandıq

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.

Report-un məlumatına görə, mötəbər turnirdə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev yarımfinala gedən yolda rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı Miçel Verhagen və gürcüstanlı Tornike Jugeliyə qalib gəlib. Yarımfinalda Belarus təmsilçisi İlhar Zhukauya məğlub olsa da, Hollandiya cüdoçusu Daks Beysbruk üzərində qələbə qazanaraq bürünc medal qazanıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli və Ziya Namazov Avropa kubokunda 7-ci olublar.

Digər cüdoçularımız – Elvin Əhmədli (81 kq), Məmmədəli Mehdiyev, Vasif Şərbətli (hər ikisi 90 kq), Musa Şəkərəliyev, Firudin Dadaşov və Cəlil Şükürov (hər üçü 100 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdo üzrə Azərbaycan milli komandası Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş Avropa kubokunda 1 qızıl, 2 bürünc medala sahib olub. Ölkəmizə qızıl medalı Oruc Vəlizadə (60 kq), bürünc medalları isə İlkin Babazadə (66 kq) və Tural Səfquliyev (90 kq) qazandırıb.

Tarix
2016.01.31 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla