Yuxarı

Son saniyələrdə qolun vurulması... - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son saniyələrdə qolun vurulması... - Qurban Qurbanov

Xankəndi stadionunda meydana çıxdığımız üçün çox sevincliyəm. İllərlə bu günün həsrətində olmuşuq.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə I Liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını bildirən 51 yaşlı mütəxəssis şəhidlərin qəhrəmanlığı sayəsində Xankəndidə olduqlarını vurğulayıb: “Xalqımıza hər zaman sağlam və xoşbəxt yaşamağı arzulayıram”.

O, meydanda maraqlı və gərgin mübarizənin getdiyini söyləyib: “Qolun son saniyələrdə vurulması matçı daha maraqlı etdi. Son saniyəyədək mübarizə aparan MOİK komandasını təbrik edirəm. Açığı, rəqibdən bu cür əzmkar oyun gözləmirdim. Qapımız qarşısında bir neçə qol epizodları yaxaladılar. MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər. Oyunçularımızda həyəcan hiss olunurdu. Bu səbəbdən özlərini tam göstərə bilmədilər”.

Təcrübəli baş məşqçi kubok matçlarının hamısını Xankəndidə keçirmək istədiklərini etiraf edib: “Finala kimi irəliləsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu istiqamətdə addımlar atılacaq. Prezident İlham Əliyev bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacağını bildirdi. Bu məsələyə belə diqqət ayırdığına görə dövlət başçısına təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq".

Riçard Almeydanın zədələnməsi barədə də danışan Q. Qurbanov braziliyalı yarımmüdafiəçinin başından xəsarət aldığını qeyd edib.

Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Sabah” klubu ilə üz-üzə gələcək.

Tarix
2023.12.21 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla