Yuxarı

Qadın güləşçilərimiz mövqelərini qorudu - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın güləşçilərimiz mövqelərini qorudu - Siyahı

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Axar.az Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Güləşçilərimiz yanvar ayında turnirlərdə iştirak etmədiyinə görə mövqelərində irəliləyiş olmayıb. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub.

Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer), Nataliya Sinişin (55 kq, 7-ci yer) və İrina Netreba (60 kq, 4-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç idə 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.

48 kq

2. Mariya Stadnik - Dünya çempionatı 2-ci yer (2)

53 kq

6. Anjela Doroqan - Dünya çempionatı 5-ci yer (6)

55 kq

7. Nataliya Sinişin - Qızıl Qran Pri 2-ci yer (7)

13. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (12)

58 kq

6. Yuliya Ratkeviç - Dünya Çempionatı 3-cü yer (4)

60 kq

4. İrina Netreba - Polşa turniri 3-cü yer (4)

63 kq

18. Nadya Muşka - Polşa turniri 2-ci yer (14)

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Tarix
2016.02.05 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla