Yuxarı

Benzia fantastik qolundan danışdı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii ki, beş il sonra milliyə qayıtdığım və oynadığım üçün çox sevincliyəm.

Axar.az xəbər verir ki, bunu İdman.biz-ə “Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.

30 yaşlı yarımmüdafiəçi Əlcəzair millisinə geri dönməsini şərh edib:

“Mən heç vaxt milliyə dönməklə bağlı ümidimi itirməmişdim. Buna görə də məşqlərdə həvəslə və səylə çalışırdım. Milliyə dönməyimdə "Qarabağ"ın və Qurban Qurbanovun da xidmətləri, əməyi danılmazdır. Onlara təşəkkürüm sonsuzdur. Oyunlar yaxşı keçdi. Maraqlı və baxımlı matçlara şahid olduq”.

O, CAR-a vurduğu fantastik qoluna da münasibət bildirib:

“Doğrudan da çox qəşəng qol alındı. Təbii ki, belə gözəl qol vurulan zaman hamı həmin hadisədən danışır. Amma budəfəki qol dünya mediasını zəbt edib. Bu da mənim üçün sevindirici haldır”.

Qeyd edək ki, Benzia Əlcəzair millisinin heyətində "FİFA series - Edition 2024" turniri çərçivəsində CAR və Boliviya ilə matçda 3 qol və 1 assisti ilə yadda qalıb.

Tarix
2024.03.29 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla