Yuxarı

Deputat qəzəbləndi: Pulu 69 yaşlı qocaya verincə…

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdən gətirilən futbol mütəxəssislərinə AFFA-nın milyonlarla dollar/avro maaş verməsi ictimaiyyətdə birmənalı qarşılanmır. Futbolsevərlər haqlı olaraq deyirlər ki, xaricdən gələn baş məşqçilərə yüksək qonorar ödənilsə də, futbolda, əsasən də millinin işində ciddi nailiyyət yoxdur. Belə olan halda bahalı baş məşqçi (həm də kifayət qədər yaşlı) təcrübəsindən niyə imtina edilmir?

Axar.az xəbər verir ki, deputat Aqil Abbas Globalinfo.az-a açıqlamasında bizə 69 yaşlı Fernandu Santuşun lazım olmadığını bildirib.

O, AFFA-nın Santuşu məşqçi kimi gətirməsinə pis baxdığını və qınadığını bildirib:

“Gedib, məşqçi kimi 69 yaşlı qocanı gətiriblər. Hansı ki, adamın bir dəfədən artıq uğuru da yoxdur. Gəzə-gəzə gəlib Azərbaycana çıxdı. Allah xeyir versin. Daha nə deyə bilərəm? Düzdür, hər şey təkcə baş məşqçidən asılı deyil. Etiraf edək ki, Azərbaycanda futbol inkişaf etməyib, yeni nəsil yetişmir, milli kadrlarımız azdır. Təsəvvür edin, hər komandada 8-9 legioner var. Milli komandadırsa, elə özümüzünkiləri yetişdirin, oynasınlar da. Ona görə də gərək futbol inkişaf edə ki, baş məşqçi nəsə edə bilsin. Amma məşqçi özünü tanıtmalıdır. Pul alıb, vaxt keçirməli deyil”.

A.Abbas xaricdən gələn baş məşqçiləri qəbul etmədiyini deyib:

“Mən AFFA deyiləm və bu, mənim şəxsi fikrimdir. Azərbaycanın 10 milyon vətəndaşından biri kimi deyirəm ki, bizə xaricdən gələn “mütəxəssis” lazım deyil. Mənim də futboldan az-çox başım çıxır. De Biyazidən, Santuşdan və digər gələnlərdən daha yaxşı anlayışım var. Azərbaycanın özünün yaxşı kadrları çoxdur. Onlara şans və vaxt verilməlidir. Burada Ayxan Abbasov, Tərlan Əhmədov, Samir Abasov kimi yaxşı məşqçiləri nümunə kimi göstərə bilərəm. Elə pulu və dəyəri öz azərbaycanlılarımıza versinlər də!”

Tarix
2024.06.18 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni alınan hərbi təyyarəmiz: bir ədədinin qiyməti…

Armenin Qarabağ iddiasına Rusiyadan əbləh cavab

Ceyhun Bayramov İtaliya XİN başçısı ilə görüşdü

Patiaşvili Azərbaycan Ordusunun gücündən danışdı

Obrayen Azərbaycana gəlir

Hacıyevdən Qriqoryana cavab: 23 saatdan az bir müddətdə...

İcmadan Volker Türkə cavab: Qərəzli fikirlər...

Fransanın Ermənistana “Sezar” verməsi... - EAPCA

Zakir Həsənov italiyalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov Gürcüstana gedir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla