İranda Əsəd ssenarisi: Moskvaya qaçış başlayır
11:17
| Ana səhifə İdman |
|
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatında ilk oyununa çıxıb.
Axar.az xəbər verir ki, yığma Priştinada keçirilən C divizionunun B qrupunda Albaniya seçməsi ilə üz-üzə gəlib. Görüş milli komandanın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) olub.
Azərbaycan yığması qrupdakı növbəti matçını iyulun 24-də Bakı vaxtı ilə saat 19:00-da Gürcüstana qarşı keçirəcək.
|
Tarix
2024.07.23 / 21:23
|
Müəllif
Axar.az
|