Yuxarı

"Qarabağ" hücum xəttini gücləndirir: Fransalı oyunçu...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" hücum xəttini gücləndirir: Fransalı oyunçu...

"Qarabağ" futbol klubu növbəti transferini həyata keçirməyə hazırlaşır. Komanda Kiprin "Omoniya" klubunda çıxış edən fransalı hücumçu Jali Mouaddibi öz sıralarına qatacaq.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu keçidi Nikosiya təmsilçisinin baş meneceri Giorqos İrakleus rəsmən təsdiqləyib.

O, "Sport FM" radiosuna verdiyi müsahibəsində bildirib ki, istedadlı fransalı vingerlə Azərbaycan çempionu arasında artıq bütün detallar üzrə tam razılıq əldə olunub:

"Mouaddibin "Qarabağ"la əvvəlcədən əldə etdiyi razılaşma var və o, növbəti mövsümdə bizim komandada yer almayacaq. Lakin qeyd etməliyəm ki, futbolçu aylar əvvəl "Qarabağ"ın ona "elçi düşdüyünü" bizə bildirmişdi. Buna baxmayaraq, o, liqada mövqeyimizi qorumaq üçün sona qədər komandaya kömək edəcəyinə söz vermişdi".

Xatırladaq ki, Jali Mouaddib "Omoniya" ilə mövcud müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır. 25 yaşlı vinger cari mövsümdə Kipr təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, peşəkar karyerasında diqqətçəkən məqamlara sahib olan vinger, 2019-cu ildə Fransanın 19 yaşlılardan ibarət milli komandasının formasını da geyinib.

Tarix
2026.05.12 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla