Yuxarı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycanın təklifini dəstəklədi

Rusiya Cənubi Qafqaz üzrə 3+3 formatında təmasların davam etdirilməsində maraqlı olaraq qalır və platformanın tam fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, eləcə də Rusiya, İran və Türkiyənin daxil olduğu 3+3 formatı regional məsuliyyət prinsipi əsasında Cənubi Qafqaz dövlətləri ilə onların yaxın qonşuları arasında əməkdaşlığın qurulması üçün mühüm vasitə rolunu oynayır. Bununla yanaşı, Kaluqin vurğulayıb ki, bir sıra obyektiv səbəblərə, o cümlədən İran ətrafındakı vəziyyətə görə 3+3 formatında növbəti nazirlər görüşünün təşkilində müəyyən fasilə yaranıb.

“Amma təmasların davam etdirilməsinə maraq qalır. Platformanın tam fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edirik”, - MDB ölkələri üzrə Dördüncü Departamentin direktoru söyləyib.

Diplomat qeyd edib ki, regional məsuliyyət prinsipi bütün regional iştirakçıların maraqlarına cavab verən qarşılıqlı faydalı və perspektivli layihələrin razılaşdırılması, qərarların kənar təzyiq olmadan və xarici qüvvələrin diktə etdiyi gündəliksiz qəbul olunması deməkdir:

“Burada məqsəd ayırıcı xətlər yaratmamaq, region ölkələrindən hər hansı birinin zərərinə işləməməkdir. Yalnız bu əsasda Cənubi Qafqazda təhlükəsizliyi, iqtisadi rifahı, həqiqi və uzunmüddətli sülhü təmin etmək mümkündür”.

Kalugin xatırladıb ki, 3+3 platformasının təsis görüşü 2021-ci ilin dekabrında Moskvada keçirilib və bu formatın təşəbbüskarları Azərbaycan və Türkiyədir:

“2023-cü ilin oktyabrında xarici işlər nazirləri Tehranda birgə iclas keçiriblər. 2024-cü ilin oktyabrında İstanbulda keçirilən nazirlər görüşündə nəqliyyat, enerji və mədəniyyət sahələrində konkret əməkdaşlıq məsələlərinin müzakirəsinə başlamaq barədə razılıq əldə olunub”.

Bununla əlaqədar olaraq, Rusiya rəsmisi bildirib ki, hazırda Gürcüstan da daxil olmaqla iştirakçı ölkələrin aparıcı ekspertlərinin iştirakı ilə 3+3-ün fəaliyyətindəki əsas və problemli məsələlərin müzakirəsi üçün “yol xətti”nin hazırlanması istiqamətində fəal iş aparılır.

Tarix
2026.05.12 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla