Yuxarı

O, bu gün böyük hünər göstərdi - Sadıqov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, bu gün böyük hünər göstərdi - Sadıqov

Son ana kimi mübarizə apardıqlarına görə futbolçularımla fəxr edirəm. Azarkeşlərimizə də verdikləri dəstəyə görə minnətdaram.

Axar.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubuna penaltilər seriyasında qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis penaltilər seriyasında 5 topdan 4-nü dəf edən qapıçı Tiaqo Silva barədə danışıb:

"Şerif" (Moldova) ilə oyunun penaltilər seriyasında Tiaqonun çıxışından razı qalmamışdım. Amma o, bu gün böyük hünər göstərdi. Bunu bacarmaq elə də asan iş deyil".

O, pley-off mərhələsində qarşılaşacaqları Kiprin "Omoniya" klubu haqqında da fikirlərini bölüşüb:

"Düzü, komanda haqqında məlumatım yoxdur. “Fehervar"la (Macarıstan) keçirdikləri matçı izləmişəm. Üstünlük əldə ediblər. Bu da onların güclü rəqib olduğunu göstərir. Müəyyən qədər avrokubok təcrübələri var. Görünür ki, bizim kimi onlar da qrupa düşmək istəyirlər. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".

Tarix
2024.08.16 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla