Yuxarı

Çempionlar Liqasının püşkü atıldı - Nəticələr

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:04

Bu gün UEFA Çempionlar Liqasının ilk dəfə olaraq 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılıb.

Axar.az xəbər verir ki, Fransanın Monako şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkilib, daha sonra kompüter nəzarəti ələ alıb və komandaların 8 rəqibini seçib. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadəyə qərar verilib.

Püşkü əfsanəvi futbolçular Canluici Buffon və Kristian Ronaldo çəkiblər.

36 komandaların hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

ÇL-də Liqa mərhələsi sentyabrın 15-də başlanacaq, 2025-ci ilin yanvarın 25-də isə yekunlaşacaq. 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.

Oyunların dəqiq təqvimi isə avqustun 31-də açıqlanacaq.

Püşkatmanın nəticəsi:

Tarix
2024.08.29 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla