Yuxarı

Onlar sual edir ki, necə oldu, "Qarabağ" qol vurmadı?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar sual edir ki, necə oldu, "Qarabağ" qol vurmadı?

Britaniya mediası Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun "Tottenhem"- "Qarabağ" (3:0) oyunu barədə yazıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, BBC-nin reportajında ünvanlanan “Qarabağ" niyə qol vura bilmədi" sualı maraqla qarşılanıb.

“Qarabağ" niyə qol vura bilmədi?" Böyük ehtimalla bəzi azarkeşlər, oyunçular və klub nümayəndələri sual edir ki, necə oldu, "Qarabağ" "Tottenhem"in qapısına qol vura bilmədi? "Tottenhem" matçın 82 dəqiqəsini 10 nəfərlə oynadı, rəqib hər iki hissədə qol vurmağa yaxın oldu.

Birinci hissədə Juninyo yaxın məsafədən hesabı bərabərləşdirə bilərdi, amma zərbəsi dəqiq olmadı. İkinci hissədə Toral Bayramov penaltini reallaşdıra bilmədi.

"Qarabağ" qapıya 14 zərbə endirdi ki, bu, "Tottenhem"dən 4 dəfə çoxdur.

"xG Philosophy"nin X səhifəsində yazdığına görə, “Tottenhem"in qol vurma əmsalları 1,56 olub. "Qarabağ"da isə bu, 2.43 təşkil edib", - məlumatda bildirilib.

Yazıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransında səsləndirdiyi fikirlərinə də yer verilib.

Q.Qurbanovun tıxacda qaldıqlarına görə məyus olduğunu yazan BBC məşqçinin bu fikirlərini dərc edib:

"Təsəvvür edin, siz tıxacda 2,5 yarım ilişib qalırsınız. Mən bunu məğlubiyyətə bəhanə kimi gətirmək istəmirəm. Amma belə hal baş verməməli idi. Bizi müşayiət edən bir polis belə yox idi. Bu, futbolçularımıza çox təsir etdi. Lakin baş verənlər rəqibin qələbəsinə kölgə salmır".

Tarix
2024.09.27 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu rayonun kəndlərində elektrik olmayacaq

Yaşar Gülər Kərim Vəliyevlə birgə təlimi izlədi - Video

Azərbaycan hərbçiləri Özbəkistana yola düşdü

İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

Bakıda mühüm üçtərəfli görüş: Müqavilə...

Bayramov Fidanla danışdı: Qəzza razılaşması...

Azərbaycan bu prinsiplərinə sadiqdir - Deputat

TRİPP Zəngəzuru Azərbaycana bağlayacaq - Zurabyan

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

Qızılın yeni qiyməti “köpükdür”, yoxsa reallıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla