Yuxarı

İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni mərhələyə qədəm qoyur. Düşənbə görüşü iki ölkə münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Rusiyadan olan politoloq Vitali Arkov bildirib.

O deyib ki, iki ölkə arasında yaranmış gərginlik müvəqqəti idi və artıq arxada qalıb:

"Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüş zamanı Rusiyanın və Azərbaycanın dövlət başçıları bunu açıq şəkildə nümayiş etdirdilər. Tərəflər qeyd etdilər ki, 2025-ci ilin ilkin nəticələrinə əsasən, iki ölkə arasında xarici ticarət dövriyyəsi 16 faiz artacaq”.

Politoloqun sözlərinə görə, yaranmış fikir ayrılıqları müəyyən müddət davam etsə də, müəyyən məqsədli qüvvələr istəklərinə nail ola bilməyiblər:

“Bu qüvvələr münasibətlərdəki müvəqqəti çatları dərinləşdirərək uçuruma çevirmək niyyətində idilər. Lakin Rusiyanın və Azərbaycanın liderlərinin müdrikliyi bu məkrli planların həyata keçməsinə imkan vermədi. İlkin mərhələdə qarşılıqlı iradlar və emosional reaksiyalar müəyyən gərginlik yaratsa da, sonrakı dövrdə hər iki tərəf münasibətlərin normallaşdırılması üçün siyasi iradə nümayiş etdirdi. Bu proses asan olmadı, çünki tərəflərdən heç biri öz prinsipial mövqeyində güzəştə getmiş kimi görünmək istəmirdi. Lakin Düşənbədə keçirilən danışıqların nəticələri göstərdi ki, Rusiya və Azərbaycan bir-birini dinləyə və anlaya bildilər, bir sıra həssas məsələlər üzrə qarşılıqlı anlaşma əldə olundu”.

Rusiyalı politoloq deyib ki, dövlət başçılarının görüşündən sonra iki ölkə ictimaiyyətinə ünvanlanan birmənalı və müsbət siqnallar münasibətlərin sabitləşməsinə xidmət edir:

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu mesajlar hər iki ölkə cəmiyyətində müsbət qarşılandı. Eyni zamanda, liderlərdən gələn siqnallar məsul dövlət qurumlarının əməkdaşları tərəfindən düzgün qiymətləndirildi. Biz artıq bunun bariz nümunəsini bir sıra rezonans doğuran cinayət işləri üzrə əsas fiqurlara münasibətdə qətimkan tədbirinin dəyişdirilməsi barədə məlumatlarda müşahidə edirik”.

Tarix
2025.10.11 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla