Yuxarı

Dünyanın ən güclü məşqçiləri: Qurbanov neçəncidir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən güclü məşqçiləri: Qurbanov neçəncidir?

Dünyanın ən güclü məşqçilər siyahısında planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Axar.az xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1658 xala malikdir. O, dünyada 140-cıdır.

Avropa Liqasının Liqa mərhələsindəki iki məğlubiyyətlə 17 xal itirən 52 yaşlı mütəxəssis 7 pillə geriləyib. O, Şenol Günəş və Domeniko Tedesko kimi çalışdırıcıları üstələyir.

"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. O, Xorxe Sampaoli, Fatih Terim, Artur Jorje, Massimiliano Alleqri, Erik ten Haq, Ange Postekoqlu kimi tanınmış mütəxəssisləri qabaqlayıb.

Millimizi çalışdıran Fernandu Santuş 1624 xalla siyahıda 183-cüdür. Portuqaliyalı Berdıyevlə Qurbanovdan geri qalsa da, Vensan Kompani və Deyan Stankoviç kimi simaları qabaqlayır.

"Neftçi"nin dünən istefaya göndərdiyi sabiq baş məşqçisi Roman Qriqorçuk dünyanın 414-cüsüdür. O, Azərbaycandan 1480 xalla gedir.

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2239 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir. Antonio Konte 2089 xalla ikinci, Unai Emeri 2071 xalla üçüncüdür.

Tarix
2024.10.08 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla