Yuxarı

Bakı Olimpiya Stadionu - Ən yaxşı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Olimpiya Stadionu - Ən yaxşı

Bakı Olimpiya Stadionu ən yaxşı idman qurğularından biri kimi beynəlxalq mükafatlar almaqda davam edir.

SOCAR-ın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakı Olimpiya Stadionu dünyanın ən möhtəşəm idman qurğularından biri kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yüksək standartlara uyğun şəkildə tikilən və dizayn edilən stadion ən müasir texnologiyalarla və infrastrukturla təchiz olunub.

Layihə bir sıra parametrlərinə görə artıq iki ildir nüfuzlu beynəlxalq müsabiqələrin qalibi seçilir. Ötən il inşaat sahəsində böyük nüfuza malik "Engineering News Record" (ENR) jurnalının "İlin ən yaxşı inşaat və dizayn layihələri" müsabiqəsində "İdman və əyləncə qurğuları" nominasiyasında qalib gələn Bakı Olimpiya Stadionunun nailiyyətləri sırasına yeniləri əlavə olunur.

Stadion bu ilin martında Amerika Mühəndislik Şirkətləri Şurası (ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan edilib. Amerikada mühəndislik xidmətləri şirkətlərini bir araya gətirən bu nüfuzlu təşkilat hər il birləşdirdiyi şirkətlərin iri layihələri arasında müsabiqə keçirir. Bakı Olimpiya Stadionu bu layihədə struktur üzrə mühəndislik xidmətlərini yerinə yetirmiş Tornton Tomasetti şirkətinin müraciəti əsasında iştirak edib. Mükafatlar martın 19-da Nyu-Yorkda keçirilən təntənəli mərasimdə təqdim olunub. Mərasimdə Bakı Olimpiya Stadionunun layihəsi Tornton Tomasetti şirkəti tərəfindən təmsil edilib.

Aprelin 19-da isə Amerika üzrə keçirilən tədbirdə struktur üzrə özünəməxsus nailiyyət əldə etmiş layihə kimi Bakı Olimpiya Stadionunun təqdimatı olub.

Tarix
2016.04.20 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla