Yuxarı

Konor Makqreqor döyüş üçün hazırlıqlara başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konor Makqreqor döyüş üçün hazırlıqlara başladı

İrlandiyalı döyüşçü Konor Makqreqor Loqan Polla qarşı keçiriləcək döyüş üçün hazırlıqlara başlayıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, boks qarşılaşmasının 2025-ci ilin yayında Hindistanda təşkil olunması planlaşdırılır.

“Konor artıq döyüşə hazırlaşmağa başlayıb. Hələlik bu barədə rəsmi açıqlama verilməyib, lakin hazırlıq prosesi davam edir”, - məlumatda deyilir.

36 yaşlı Makqreqor qarışıq döyüş sənətlərində (MMA) 22 qələbə və 6 məğlubiyyətlə seçilir. O, iyunun sonunda “Absolute Fighting Championship” turnirində amerikalı Maykl Çandlerlə döyüşməli idi. Lakin hazırlıq zamanı ayaq barmağını sındırdığı üçün döyüş ləğv edilib. Bundan əvvəl, 2021-ci ilin iyulunda Dastin Puare ilə son döyüşündə Makqreqor ayağını qırmışdı.

Makqreqor peşəkar boks karyerasında bir döyüş keçirib. 2017-ci ilin avqustunda o, məşhur boksçu Floyd Mayvezərə qarşı döyüşdə iştirak edib və bu görüşdə məğlub olub.

Tarix
2024.12.31 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla