Yuxarı

İşlərimiz düz getmir - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Zirə”yə 2:3 hesabı ilə məğlub olub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. “Zirə” layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Bu gün beş əvəzetmə etdiniz. Oyunun gedişatı sizi qane etmirdi?

- Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur.

- “Qarabağ”ın ard-arda bu qədər məğlubiyyətlərini xatırlamırıq. Bunun səbəbi nədir?

- Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah qayıdacağıq.

- Benzianın ayrılacağı ilə bağlı xəbərlər var. Bunlar nə dərəcədə realdır?

- Doğru deyil, Benzia komandadadır.

Tarix
2025.02.03 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandakı bu abidə tam 44 metrdir: Nikola mane olmayaq!

İlham Əliyev Pezeşkianı Bakıya səfərə dəvət etdi - Foto

Hikmət Hacıyev Tehranda Kamal Xərrazi ilə görüşdü

Bakı və Tehran arasında razılıq əldə olundu - Hacıyev

Hacıyev Tehrana bu mesajları çatdırır – 4 vacib məqam

Azərbaycan yenə haqlı çıxdı - Ermənilərdən etiraf

Mehriban Əliyeva gəncləri təbrik etdi

Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü

Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”

Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla