
İsrail hücumu: bir neçə təyyarə Bakıya eniş etdi
07:48
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Dünya Boks Federasiyasının qızıl kəmər mükafatçısı, məhsəti türkü Alptuğ Önər PKK-nı dəstəkləyən İsmayıl Özəni meydana çağırıb.
Axar.az xəbər verir ki, Önər qitələrarası boks çempionu İsmayıl Özənin PYD-ni dəstəklədiyini və Kürdüstan bayrağı ilə döyüşə çıxdığı üçün bu addımı atdığını deyib.
"Salonda separatçı terror təşkilatı üçün şüarlar səsləndirilib. Bir Türkiyə vətəndaşı olaraq bu hadisə qanıma toxundu. İsmail Özənin cəsarəti varsa, qarşıma çıxsın", - çempion qeyd edib.
Xatırladaq ki, mayın 8-də Almaniyanın Hamburq şəhərində keçirilən döyüşdə qələbə qazanan İsmayıl Özən mükafatı HDP-nin həmsədri Səlahəddin Dəmirdaşa təqdim etmişdi.
Tarix
2016.05.18 / 13:38
|
Müəllif
Hacı Qulu
|