Yuxarı

DÇ-2026-da bir ilk yaşanacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2026-da bir ilk yaşanacaq

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının finalının fasiləsində ilk dəfə şou olacağını açıqlayıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İnfantino qeyd edib.

“İlk dəfə Dünya Kubokunun Final Fasilə Şousu Nyu Cersidə keçiriləcək. Bu, turnir üçün tarixi bir an və dünyanın ən böyük idman tədbirinə layiq şou olacaq”, - o bildirib.

O, həmçinin vurğulayıb ki, FİFA dünya çempionatının son günlərində, yarımfinal və final görüşləri zamanı Tayms meydanında tədbir keçirməyi planlaşdırır:

“Bu, dünyanın ən yaxşı oyunçularının iştirak etdiyi iki inanılmaz matç olacaq və Nyu Yorkun tarixi Tayms meydanında qeyd etməkdən daha yaxşı bir yoldur”.

Qeyd edək ki, DÇ-2026-cı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin finalı iyulun 19-da Şərqi Ruterfordda (ABŞ, Nyu Cersi) stadionda baş tutacaq.

Tarix
2025.03.06 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla