Yuxarı

Qurbanov köklü dəyişikliyə gedir: Danışıqlar başladı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov köklü dəyişikliyə gedir: Danışıqlar başladı...

“Qarabağ” bu mövsüm başa çatdıqdan sonra heyətində köklü yenilik edəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bir sıra futbolçularla yolların ayrılması nəzərdə tutulur. Onların arasında həm yerlilər, həm də legionerlər var.

Əvəzində komandaya bir neçə oyunçunun cəlb edilməsi gözlənilir. Onlar əsasən legionerlərdən ibarət olacaq.

“Qarabağ” müdafiənin mərkəzi, yarımüdafiənin sol və sağ cinahı, orta xətt və hücum xətti üçün futbolçu almağı hədəfləyib. Baş məşqçi Qurban Qurbanovun planında yeni mövsüm üçün əsas heyət üzvü olacaq ən azı 5 futbolçunun alınması var.

Məlumata görə, xüsusən yeni transferlər Emmanuel Addai, Aleksey Kaşuk, köhnə futbolçulardan Bəhlul Mustafazadə, Bədavi Hüseynovun bu mövsüm uğursuz oyunu, Juninyonun gedişindən sonra hücumun mərkəzində yaranan ciddi boşluq baş məşqçi Qurban Qurbanovu çox məyus edib. Dayaq yarımmüdafiəçilərindən Patrik Andrade də əvvəlki formasından uzaq düşüb. Onlara əvəzləyici lazım olduğunu məşqçi heyəti qəbul edir.

Amma o, Kadinin isə bu qış “Qarabağ”a transferini uğurlu sayır. Yenidən Ağdam klubuna qayıdan braziliyalı meydana çıxdığı 8 Premyer Liqa matçında 5 qol vurub, 2 qolun ötürməsini verib. Onun günbəgün əvvəlki formasına qayıtması məşqçi heyətini sevindirməklə yanaşı klubu əlavə pleymeyker almaq yükündən azad edir.

Qurban Qurbanovun heyətə əl gəzdirmək niyyəti isə komandanın bu mövsüm Avroliqada uğursuz çıxışıdır. Komanda Liqa mərhələsində 36 komanda arasında sonuncu yeri tutub. Bir çox oyunçu fiziki və psixoloji baxımdan yorulub ki, bunu Q.Qurbanov ad çəkmədən özü də mətbuat konfranslarında etiraf edib.

Onu da qeyd edək ki, bir müddətdir “Qarabağ” rəsmi və qeyri-rəsmi səviyyədə legioner futbolçular və onların klubları ilə danışıqlara başlayıb. İlkin razılığı alınan var. Lakin klubu tərəfindən yüksək təzminat tələb edənlər də var ki, onların şərti “Qarabağ”ı razı salmır.

Tarix
2025.04.08 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

Prezidentlər arasında məktub mübadiləsi...

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Zülfüqarov ABŞ-dakı insidentdən nələr dedi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla